Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Nyu-Cersi ştatında “Starbucks” əməkdaşı həbs edilib.

Səbəb isə işçinin kofe sifariş verən polis əməkdaşlarının içkilərinə tüpürməsidir.

Aparılan araşdırmadan sonra 21 yaşlı Kevin Trexo həbs edilib.

Mövcud COVID-19 təhdidi şəraitində kiminsə qəsdən sənin içkinə tüpürəcəyini düşünmək qorxuducudur”, – deyə polis rəsmisi Cozef Rampolla bildirib.

Onun sözlərinə görə, həmin məkanın işçiləri koronavirus analizi verəcəklər.

“Starbucks” rəsmisi bildirib ki, Trexo işdən dərhal azad edilib.

Trexoya qarşı bir neçə maddə ilə cinayət işi açılıb.