Seyid Əmmar Həkim Papa və Ayətullah Sistaninin görüşündən danışdı

Seyid Əmmar Həkim Kəldani kilsəsinin baş Yepiskopu Lyuis Rafael Sako ilə biraraya gəlib.

Az.shafaqna.com xəbər verir ki, İraq Milli Hikmət hərəkatının və İraq Ali Şurasının sədri Seyid Əmmar Həkim Kəldani kilsəsinin baş Yepiskopu ilə görüşü zamanı Papa Fransisk və Ayətullah Sistaninin görüşünə də münasibət bildirib.

O qeyd edib ki, bu görüş dinlər arasında dialoq və müzakirələrin əhəmiyyətini göstərir.

Seyid Həkim vurğulayıb ki, bu görüşün müsbət təsirləri uzun illər davam edəcək.

Bu məqaləni paylaş