Az.shafaqna.com APSNY-a istinadən xəbər verir ki, Gürcüstanda müntəzəm beynəlxalq hava nəqliyyatına tətbiq edilən məhdudiyyət yenidən uzadılıb.

Bu məhdudiyyət 2020-ci il 31 avqustadək (daxil olmaqla) qüvvədə olacaq.

Lakin, Mülki Aviasiya Agentliyinin məlumatına görə, sözügedən məhdudiyyət Tbilisi ilə Münhen, Paris və Riqa arasında həyata keçirilən birbaşa beynəlxalq aviareyslərə şamil edilmir.

Münhen-Tbilisi-Münhen müntəzəm reysi 2 avqustdan, Paris-Tbilisi-Paris isə 8 avqustdan bərpa ediləcək.