Qaribaşvili: Meliya girovu ödəyərək istənilən vaxt azadlığa çıxa bilər

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasının brifinqində Nika Meliya barədə danışıb.

Nika Meliya istənilən vaxt girovu ödəyərək həbsxanadan çıxa bilər”, – deyə o bildirib.

Qaribaşvilinin sözlərinə görə, prokurorluq “Milli Hərəkat” sədri Nika Meliya ilə bağlı açıq-aydın izahat verib.

Meliyanın saxlanılmasına gəlincə isə, mən təkrar etmək istəyərdim ki, prokurorluq bu məsələ ilə bağlı olduqca aydın izahatlar verib. Nika Meliya, onun ailəsi və ya partiyadaşları, otaq yoldaşları istənilən zaman girovu ödəyə bilərlər və o, istənilən vaxt, hətta bu gün azadlığa çıxa bilər”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş