Az.shafaqna.com “Kommersant”-a istinadən xəbər verir ki, Rusiyada Başqırdıstan Respublikasında fəaliyyət göstərən 9 imam sələfilik (vəhabilik) və respublikanın müftisi Aynur Birqalinin ifşası ilə bağlı çıxış edib.
Həmin imamların fikrincə, Birqalin “əhalinin vəhabiləşməsi istiqamətində açıq şəkildə” fəaliyyət göstərir və yerli adətlərə hörmət etmir.
“Sələfilik elə vəhabilikdir. O, İslam dini ilə pərdələnən olduqca radikal ideologiyadır. Bu, müharibə ideologiyasıdır, münaqişələr ideologiyasıdır, düşmənçilik və qantökmə ideologiyasıdır. Bu ideologiyanın tərəfdarları öz əlləri və dilləri ilə öz dövlətlərini, öz ölkələrini, öz dinlərini məhv etməyə başlayırlar və bu, qanlı döyüşlərə qədər gedib çatır”, – deyə imamların ortaq bəyanatında qeyd edilib.
Onlar sələfiliyin aradan qaldırılması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.