Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə S-400-lərin alışı bağlı yaranan böhrandan hər hansı çıxış modelini ABŞ-la müzakirə etməyib.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sözügedən böhrandan çıxış üçün “Krit modelinin” dövlət başçıları səviyyəsində müzakirəsinin baş tutma ehtimalına dair iddiaları şərh edərkən bildirib.
“Biz ABŞ tərəfi ilə S-400 ilə bağlı heç bir modeli müzakirə etməmişik. Model mövzusu ümumiyyətlə qaldırılmayıb. Biz sadəcə toplananan bütün problemlər kompleksini, o cümlədən də S-400 mövzusunu, Vaşinqtonun YPG döyüşçülərinə dəstəyini və digər məsələləri müzakirə etməyi təklf etmişik. Bu cür məsələləri telefonla müzakirə etmək düzgün deyil”, – deyə o qeyd edib.
Üstəlik Çavuşoğlu deyib ki, Türkiyə və ABŞ başçıları səviyyəsində görüş mümkündür, lakin yekun qərarı prezidentlər verməlidir.
“Liderlər səviyyəsindəki görüş, əlbəttə ki, liderlərin özlərindən asılıdır. Hesab edirəm ki, onların əvəzinə görüşün məhz nə zaman baş tutacağı haqda danışmaq haqqına sahib deyiləm. Düşünürəm ki, bu cür görüş uyğun vaxtda baş tutacaq”, – deyə o əlavə edib.
Xatırladaq ki, Kipr hələ 1990-cı illərin ortalarında Rusiyadan S-300 HHM sistemləri alıb, lakin Türkiyənin Afina ilə olan razılığı ilə bağlı sərt reaksiyasına görə həmin komplekslər Yunanıstanın Krit adasında yerləşdirilib, daha sonra isə Yunanıstanın mülkiyyətinə verilib.