Pakistan əxlaqsızlığın təbliğinə görə “TikTok”-u qadağan etdi

Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Pakistan məhkəmə qərarı ilə “TikTok” sosial şəbəkəsini ölkə ərazisində bloklayacaq.

Bu barədə Pakistan Rabitə İdarəsinin rəsmisi Hurram Mehdan məlumat verib.

Qeyd edək ki, Pişəvər şəhərindəki Ali məhkəmə bu qərarı sözügedən sosial şəbəkənin ədəbsiz və əxlaqsız məzmunlar yayması səbəbi ilə qəbul edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş