
Az.shafaqna.com REGNUM-a istinadən xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı BMW yeni “BMW M4 GT3”-ün tizerlərini üzə çıxarıb.
Şəkilləri şirkətin mətbuat xidməti yayıb.
Yeni model sırf yarışlar üçün nəzərdə tutulub.
Avtomobil S58 motoru ilə təchiz ediləcək və onun gücü 500 at gücündən də çox olacaq.
Hazırda “BMW Motorsport” yeni “M4 GT3”-ün prototipini test edir. Sınaqlar Almaniyanın cənubundakı BMW mərkəzində həyata keçirilir. Sinaqlar 2021-ci ildə başa çatacaq.
Yayılan şəkillərdə yeni model olduqca hədələyici görsənir. Tizerə əsasən, yeni model böyük arxa anti-qanadlarla və “genişləndirilmiş” qanadlarla təchiz ediləcək. Əgər diqqətlə baxılsa, avtomobilin salonundakə təhlükəsizlik karkası da görmək olar.
BMW M şirkətinin baş direktoru Markus Flaş bildirib ki, koronavirus pandemiyası avtomobil hazırlanmasına mane olmayıb.



































