Saakaşvili Ukraynanı “fırıldaqçı dövlət” adlandırdı

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, xarici investorlar arasında Ukrayna “yalan yolu ilə oğurluq edən dövlət” kimi tanınır.

Bu barədə Ukrayan Milli İslahatlar Şurasının icraçı komitəsinin başçısı Mixail Saakaşvili bildirib.

“Ukraynada xarici investisiya yoxdur. Ukrayna ÜDM-da xarici investisiyanın payı iki faizdən azdır və onun da həqiqi xarici investisiya payı 0,2%-dən azdır”, – deyə o qeyd edib.

Saakaşvilinin sözlərinə görə, bu, “ukraynalılara iş yerləri açmaq üçün daxil olmalı olan” mücərrəd yox, “diri” pullardır.

“Bu isə yoxdur. Niyə yoxdur? Çünki yalan ilə oğurluq edəni heç kim sevmir. Ukraynanın, Ukrayna məmurlarının, dövlətinin belə bir şöhrəti var. Onlar hamıya atırlar”, – deyə Saakaşvili əlavə edib.

O deyib ki, investorların əsas problemi budur ki, Ukraynada onları “talan edirlər”.

“Əgər sən kifayət qədər ağılsızsansa və bura daxil olmusansa, sən burada sağ-salamat çıxmayacaqsan. Hətta əgər yatırdıqlarının bir hissəsini geri apara bilsən, sən olduqca xoşbəxt adamsan”, – deyə o qeyd edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş