Qaribaşvilidən 3-cü dalğa xəbərdarlığı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan sakinləri ölkədə 3-cü dalğanın baş verməsinə yol verməmək üçün bütün ehtiyat tədbirlərinə riayət etməlidirlər.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.

Biz müəyyən məhdudiyyətləri ləğv etdik, lakin son günlərin dinamikasını görürük – (yoluxma) hallar(ın)da müəyyən artım müşahidə edilir. Həmçinin əhali tərəfindən də nizamlamalara qarşı rahatlama və etinasızlıq da müşahidə edilir”, – deyə o qeyd edib.

Qaribaşvilinin sözlərinə görə, maskadan istifadə göstəricisi kəskin şəkildə aşağı düşüb ki, bu da qətiyyən məqbul deyil.

Ölkədə 3-cü dalğanın inkişafının baş verməməsi üçün mən bir daha əhaliyə bu sadə və elementar qaydaya əməl etməyə dair xahişlə müraciət etmək istəyirəm”, – deyə Baş nazir biildirib.

O deyib ki, vaksin istehsalçıları və həmkar ölkələrlə aparılan danışıqlarda şəxsən iştirak edir və bir daha qeyd edib ki, yaxın zamanda ölkəyə vaksin gətiriləcək, o zamanadək isə bütün ehtiyat tədbirlərinə əməl etmək lazımdır ki, məhdudiyyətlərin yenidən tətbiqi zərurəti yaranmasın.

Bu məqaləni paylaş