İsrail qüvvələri azyaşlı fələstinli uşaqları tutdular

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri İordan çayının Qərb sahilində yerləşən əl-Xəlil şəhəri yaxınlığında yetkinlik yaşına çatmayan 5 fələstinlini tutublar.

Tutulan fələstinli uşaqlar 8-12 yaş aralığındadırlar. Onlar səhralıq ərazidə bitki toplayarkən tutulublar.

Həmin ərazidə qeyri-qanuni yaşayan yəhudi mühacirlər uşaqları qovaraq əsgərləri çağırıblar.

İsrail qüvvələri həmin uşaqları zor gücü ilə tutublar. Fələstinli uşaqlar saxlanılan zaman ağlayıblar.

 

Bu məqaləni paylaş