Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 395 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 310, ölənlərin sayı 9 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 274045 nəfər koronavirusa yoluxub,267421 nəfər sağalıb, 3622 nəfər isə vəfat edib.
Hazırda 252 karantin rejimində, 1324 nəfər xəstəxanada, 133 nəfər isə COVİD 19 otelindədir.
Bu məqaləni paylaş