CAR-da 12 milyon insan ərzaq böhranı ilə üz-üzədir

Cәnubi Afrika Respublikasında 12 milyon insan әrzaq böhranı ilә üz-üzәdir.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Avropa İttifaqı, Mülki Qoruma vә Humanitar Yardım Tәşkilatı tәrәfindәn verilәn bәyanatda  yeni növ koronavirus epidemiyası, quraqlıq vә işsizliyin Cәnubi Afrika Respublikasında әrzaq böhranını daha da dәrinlәşdirdiyi bildirilib.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Ölkәdә tәxminәn 12 milyon insan 2020-ci ilin sentyabr ayından etibarәn әrzaq problemi ilә üz-üzәdir’’.

Vәziyyәtin hәr ötәn gün daha da pislәşdiyinә diqqәt çәkilәn bәyanatda ölkә әhalisinin tәxminәn 20 faizinin әrzaq böhranı ilә üz-üzә olduğu vurğulanıb.

Bәyanatda hәmçinin epidemiya dövründә çox sayda adamın işsiz qaldığı vә әrzaq qiymәtlәrinin 30 faiz artığı bildirilib.

Qeyd edәk ki, CAR-da yeni növ koronavirus epidemiyasından 50 mindәn çox adam hәyatını itirib, daha 1,5 milyon insan da virusa yoluxub.

Bu məqaləni paylaş