Ərdoğan ölkəsinin energetika uğurlarını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq ölkənin istifadə etdiyi elektrikin 63 faizinin yerli və yenilənəbilən enerji qaynaqlarından əldə edildiyini söyləyib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri R.T.Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağında etdiyi çıxışına Merac Gecəsi münasibətilə təbriklə başlayıb: “Merac Gecəsinin ölkəmizə, millətimizə, ümmətə, bütün insanlığa hüzur və sağlıq gətirməsini diləyirəm”.

Türkiyənin yerli və yenilənəbilən enerji qaynaqlarına toxunan ölkə başçısı üçüncü dərin dəniz qazma gəmisi “Qanuni”nin Filyos limanında hazırlıq işlərinə davam etdiyini və aprel ayında tam olaraq fəaliyyət keçəcəyini bildirərək deyib: “Türkiyəyə üç qazma gəmisi 450 milyon dollara başa gəlib. Əgər bu gəmilər sıfırdan düzəldilməsəydi, Türkiyənin 2 milyard 100 milyon dollar xərci çıxacaqdı. Və ya bu qazmaları kirayəlik gəmiylə etdirsəydik, verəcəyimiz alacağımızdan çox olacaqdı. Nəticədə bu gün həm də dərin dəniz qazması sahəsində dünyanın qabaqcıl şirkətlərindən biri olduq. Təbii qazla bağlı da xaricə asılılığı xeyli azaldacaq addımlar atırıq. Elektriklə bağlı deyə bilərəm ki, artıq qarşımızda ötən il istifadə olunan elektrikin 63 faizini yerli və yenilənəbilən enerji qaynaqlarından əldə edən bir Türkiyə var. İnkişaf etdirilən siyasət və təşviq edilən sərmayələr sayəsində mədən ixracatının da 680 milyon dollardan 4,3 milyard dollara qədər artan pul qoymuşuq.”

Bu məqaləni paylaş