Ukraynada qəribə təklif: İngilis dili ikinci vacib dil edilsin

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov hesab edir ki, ingilis dili ölkənin ikinci vacib dili olmalıdır.

O bildirib ki, bu, “Ukrayna Aİ və NATO-ya doğru hərəkət etməsi” baxımından lazımlıdır.

Əgər biz bu məsələ ilə məşğul olmasaq, daim Rusiya ssenarisinə məruz qalacağıq”, – deyə Danilov qeyd edib.

Xatırladaq ki, daha öncə Ukrayna prezidenti Vladimir Zelenski demişdi ki, Ukraynada dil məsələsi aktual deyil, çünki ölkə konstitusiyası Ukrayna dilini vahid dövlət dili qismində müəyyən edir.

Bu məqaləni paylaş