Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri “Əl-Əqsa” məscidinin imamı Şeyx İkrim Səbrini tutublar.
Bu barədə Şeyxin ailə üzvlərindən biri anonim şəkildə məlumat verib.
Onun sözlərinə görə, İsrail əsgərləri Səbrini Qüds şəhərinin şərqində yerləşən əs-Suvvanə rayonunda keçirilən reyd zamanı saxlayıblar.
“Şeyx Səbri məhkəmə və ya prokurorluğun heç bir qərarı təqdim edilmədən tutulub”, – deyə mənbədən qeyd edilib və onun Qüdsün qərb hissəsində yerləşən polis şöbəsinə çatdırıldığı əlavə edilib.
Xatırladaq ki, Şeyx İkrim Səbri ötən gün fələstinliləri Məbəs günü münasibəti ilə “Əl-Əqsa” məscidində toplaşmağa səsləyib.
Xatırladaq ki, İsrail qüvvələri Şeyx İkrim Səbrini daha öncə də dəfələrlə tutublar və ona “əl-Əqsa” məscidinə getməyi qadağan ediblər.