Tbilisidəki “sarı mikroavtobuslar” tam şəkildə əvəzlənəcək – BU TARİXƏDƏK

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisidə cari ilin sonunadək mikroavtobus parkı tam yenilənəcək.

Bu Tbilisi meri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, nəqliyyat siyasətinə əsasən, Gürcüstan payxatında yalnız 1000 yeni marşrut taksisi işləyəcək, digər marşrutlarda isə 8 metrlik avtobuslar xidmət göstərəcək.

Kaladze bildirib ki, nəqliyyat siyasəti çərçivəsində Tbilisidə “sarı mikroavtobusların” dəyişdirilməsi prosesi aparılır.

Nəqliyyat siyasəti çoxlu komponentlərdən ibarətdir. Ən əsası – mövcud parkı yeniləmək və köhnə avtobusları əvəzləməkdir. Bu proses artıq başlayıb. Avtobuslar alınıb və onların tədarükünü gözləyirik. Əlavə olaraq, biz təxminən 180 ədəd 8 metrlik və 200 ədəd 18 metrlik avtobuslar da gətirmək istəyirik”, – deyə paytaxt meri əlavə edib.

Bu məqaləni paylaş