İmam Əli (ə) ziyarətgahında İmam Museyi Kazimin (ə) şəhadəti qeyd olundu

Az.shafaqna.com xəbər verir ki, 7-ci İmam, Həzrət Museyi Kazimin (ə) şəhadət günü İraqın Nəcəf şəhərində, İmam Əli (ə) ziyarətgahında xidmətçilərin müşaiyətilə qeyd olunub.

Pandemiya səbəbilə zəvvarların kütləvi girişinə imkan verilməyib və mərasim ancaq ziyarətgahın vaiz və xadimlərinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, rəcəb ayının 25-ində yeddinci imam, Həzrət Museyi Kazimin (ə) şəhid olduğu gündür və şiə müsəlmanlar hər il bu günü hüznlə yad edirlər.

Bu məqaləni paylaş