Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, daha 2 PKK terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə DİN-in məlumatına görə, onlar 2014 və 2015-ci ildə PKK-ya qoşulublar.

Cari ilin əvvəlindən isə ümumilikdə 112 PKK terrorçusu könüllü şəkildə silahı yerə qoyub.