
Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Tbilisi milli parkının meşə gözətçisini həbs edib.
Milli park işçisi 750 lari (250 dollar) məbləğində pul alma faktı əsasında tutulub.
“Rüşvət alma” maddəsi ilə cinayət işi açılıb və günahı sübut edilərsə, onu 6-9 il həbs gözləyir.






























