Yoxlamalar dayandırıldı – Milli Məclis

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Az.shafaqna.com xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihə səsə qoyularaq qəbul edilib.

Bundan əvvəl müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

 

Bu məqaləni paylaş