АР

Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta bəyan edib ki, ölkəsi, demək olar ki, bütün cəbhələrdə İrana məğlub olub.

Mən (ABŞ-ın) gələcək hadisələrə dair strategiyası olmadan nüvə sazişindən çıxmasına görə olduqca narahat idim”, – deyə o qeyd edib.

O iddia edib ki, müdafiə naziri olan zaman İsrail rejiminin İranla müharibə istəyinin qarşısını alıb.

(İsrail rejimi dedi ki,) əgər biz ABŞ-a etibar edə bilmiriksə, sazişin məzmununu pozacaq addımlar atacağıq. Düşünürəm ki, bu, elə onların etdiyidir”, – deyə o bildirib və əlavə edib ki, belə bir addım İranla bağlı planları puç edib.

Beləliklə biz, demək olar ki, bütün cəbhələrdə uğursuzluqlara məruz qaldıq”, – deyə o bildirib.

Əvvəlki məqaləMisir ordusu ilə terrorçular arasında güclü toqquşma
Növbəti məqalədəTbilisi milli parkının rüşvət alan əməkdaşı həbs edildi