ABŞ İsraili işğalçı adlandırdı

Az.shafqna.com TASS-a istinadən xəbər verir ki, ABŞ administrasiyası İordan çayının Qərb sahilinin və Qüds şəhərinin şərq hissəsinin 1967-ci ildə İsrail tərəfindən işğal edilməsini tarixi fakt adlandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

“Bu, tarixi məsələdir. 1967-ci ildəki müharibə zamanı İsrailin İordan çayının Qərb sahilini, Qəzza sektorunu, Şərqi Qüdsü işğal etdiyini inkar etmək olmaz”, – deyə o qeyd edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş