Türkiyə Müdafiə Nazirliyi vertolyot qəzasının səbəbini açıqladı

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin şərqində yerləşən Bitlis əyalətində hərbi təyyarənin qəzaya uğramasının səbəbi əlverişsiz hava şəraitidir – havanın ani dəyişməsi və bunun nəticəsində görünmə dərəcəsinin itməsidir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara Türkiyə SQ mütəxəssislərinin qəza yerində apardığı işlərin yekununa dair açıqlaqmasında məlumat verib.

O qeyd edib ki, baş vermiş hadisə heç cür vertolyotun texniki vəziyyəti ilə bağlı deyil.

Xatırladaq ki, sözügedən təyyarə qəzası 4 martda uçuşun başlamasından yarım saat sonra baş verib.

Bu məqaləni paylaş