Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Misir ordusu bu gün gecə saatlarında terrorçuların terror aktının qarşısını alıb.

Sinayın şimalında baş verən insident zamanı 18 terrorçu məhv edilib.

Bizim hərbçilərimiz Sinay yarımadasının şimalında Bir əl-Əbd rayonunda terrorçuların təhlükəsizlik qüvvələrinə hücum cəhdinin qarşısını uğurla alıb”, – deyə Misir SQ rəsmisi Tamer ər-Rifai bildirib.

Terrorçulara qarşı əməliyyat zamanı hərbi təyyarələrdən də istifadə edilib.

Həmçinin terrorçulara məxsus 4 avtomobil də məhv edilib. Avtomobillərdən üçünün içərisi partlayıcı doldurulmuşdu.

Döyüş zaman 2 misirli hərçi həyatını itirib, 4-ü isə yaralanıb.