İrandakı Quran yarışları hafizlərin rəqabətilə davam edib

İranln 37-ci Beynəlxalq Quran Yarışları ötən gecə (8 Mart 2021) dünyanın 8 ölkəsindən Quran hafizlərinin rəqabəti ilə davam edib.

Az.shafaqna.com İQNA agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının İslami Təbliğat Təşkilatının “Təfəkkür” toplantı salonundan idarə edilən 37-ci beynəlxalq Quran yarışları ötən gecə (8 mart) dünyanın səkkiz ölkəsindən yarışlara qatılmış Quran hafizlərinin rəqabəti ilə davam edib.

Mərasim “Səbilur-Rişad” dini nəğmə qrupunun İmam Rzaya (ə) xüsusi salavat zikrinin xor oxunuşu ilə başlayıb. Qrup bu salavatı Misrli ibtihalçı Məhəmməd Rəfətin səbki ilə oxuyub.

Daha sonra İran, Suriya, Livan, İndoneziya, İraq və Sudandan olan hakimlər heyətinin rəhbərliyi Quran hifzi yarışları başlayıb.

Bu yarışlarda Amerika, Cənubi Afrika, İraq, İran, Əfqanıstan, Liviya, Rusiya və Mavritaniyadan olan 9 iştirakçı Quranın hifzi üzrə rəqabət aparıblar.

Bu gün Beynəlxalq Quran yarışları peşəkar Quran qiraətçilərinin iştirakı ilə davam edəcək.

Bu məqaləni paylaş