Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, pandemiya səbəbi ilə Azərbaycan qalan Gürcüstan vətəndaşları hər gün müəyyən saatlarda “Qırmızı körpü” gömrük postundan keçərək evlərinə qayıda biləcəklər.

Bu haqda Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər.

Qeyd edilib ki, sərhəd hər gün 10:00-dan 13:00-dək açıq olacaq.

Razılıq iki ölkənin müvafiq qurumları arasında əldə edilib.

Lakin bunun hansı tarixdən başlayacağı hələ qeyd edilməyib.

Gürcüstana geri qayıdan şəxslər 14 günlük karantinə yerləşdiriləcək.

Xatırladaq ki, Gürcüstan-Azərbaycan sərhədi koronavirusun yayılması təhlükəsi səbəbi ilə 14 martdan qapalıdır. Lakin yük daşınmalarına isə əvvəlkitək icazə verilir.