Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərində yerləşən əl-Əimmə körpüsündə partlayış törədilib.
Bu barədə İraq təhlükəsizlik orqanlarındakı mənbədən məlumat verilib.
Əl qumbarasının partladılması nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılardan 5-i qadın, 1-i isə uşaqdır.
Terror Bağdadın Kazımiyyə səmtində İmam Museyi Kazimin (ə) ziyarətgahına gedən yolda zəvvarların hərəkəti zamanı baş verib.
Bu məqaləni paylaş