Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 24 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1073 -ə çatıb, onlardan 907 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 5692 vətəndaş, stasionarlarda isə 275 nəfər qalır.