İsrail əsgərləri 18 fələstinlini tutdu

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail hərbçiləri Fələstində – İordan çayının Qərb sahilində və Qüds şəhərinin şərq hissəsində 18 fələstinlini tutublar.

Bu barədə Həbs edilən Fələstinlilər Cəmiyyəti məlumat verib.

Bildirilir ki, İsrail qüvvələri həbsləri bu gün həyaata keçiriblər.

Eyni zamanda Fələstinin Dövlət Agentliyi olan WAFA-nın məlumatına görə, Qüdsün şərqində yerləşən Beyt Dakkus və Şuafat qaçqın düşərgəsində 6 fələstinli tutulub.

Hüquq müdafiəçilərinin məlumatlarına görə, tutulan fələstinlilər heç bir ittiham irəli sürülmədən sutkalarla təcridxanalarda saxlanılırlar.

Bu məqaləni paylaş