Tbilisi COVID-pasportlu turistlər üçün ən yaxşı şəhər seçildi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, “Forbes” Gürcüstanı vaksinasiya olunmuş səyahətçiləri üçün ən yaxşı Avropa istiqamətləri siyahısına daxil edib.

“COVID-pasport: Vaksinasiya edilmiş səyahətçilər üçün 15 ən yaxşı Avropa istiqaməti” adlı məqalədə deyilir ki, ötən ilin yayında Tbilisi ən təhlükəsiz təyinat yerlərindən biri olub və bu şəhər virusun yayılması nəticəsində ən az zərər görmüş istiqamətlərdən biri olaraq qalmağa nail olub.

“Mədəniyyət, təbiət, tarix, mağazalarda gəzinti. Gürcüstanın paytaxtı Avropadakı ən dəbdə olan yay istiqamətləri arasında birinci yeri tutur. Tbilisi eyni zamanda ənənəvi və müasir, çoxmillətli, həqiqətən də unikal və orijinal bir yerdir”, – deyə qeyd edilib.

Həmçinin bildirilib ki, Gürcüstan vaksinasiya edilmiş səyahətçilər üçün açıqdır və onlar karantində gözləməli və ya PZR-test verməli olmayacaqlar.

Tbilisi ilə yanaşı həmin siyahıya Portuqaliya, Yunanıstan, İslandiya, Xorvatiya, İspaniya, Danimarka və İsveçin şəhərləri də daxil edilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş