Dövlət Neft Fondunun dünyanın ən şəffaf suver fondları siyahısında ilk 5-liyə daxil olması, eləcə də dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondunun “İqtisadi Azadlıq İndeksi 2021” habatına görə Azərbaycanın 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşması onu göstərir ki, ölkəmiz pandemiya və müharibə dövründə belə maliyyə-iqtisadi dayanıqlığını qoruyub saxladı, həm də bir sıra istiqamətlərdə mövqelərini möhkəmləndirdi.
Az.shafaqna.com bildirir ki, bunu ”Xəzər Xəbər”ə müsahibəsində millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, pandemiya bir sıra ölkələrə, suver fondlərın aktivlərinə və fəaliyyətlərinə təsir göstərdi. Amma Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət 2020-ci ildə də maliyyə sabliyinə şəra yaradıb.
Vüqar Bayramov əlavə edib ki, ölkədə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının minumuma dirilməsi baxımından olduqca vacibdir.
Millət vəkili qeyd edib ki, Dövlət Neft Fondunun 5 ən şəffaf suver fond siyahısına daxil olması, ölkəmizdə aktivlərin idarə olunmasına beynəlxalq səviyyədə verilən qiymətdir. Bu isə ondan xəbər verir ki, Azərbaycanın yürütdüyü iqtisadi siyasət beynəlxalq arada da yüksək qiymətləndirilir.
Vüqar Bayramov vurğulayıb ki, aparılmış düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan pandemiya dövründə belə üzərinə götürdüyü bütün sosial öhdəlikləri yerinə yetirdi. Nüfuzlu reytinq habatlarında qiymətləndirilən əsas meyarlardan biri də məhz budur. Sosial proqramların plana uyğun olaraq icra edilməsi Azərbaycanın beynəlxalq sahədə imicinin daha da yüksəlməsinə səbəb olur.