Az.shafaqna.com WAM-a istinadən xəbər verir ki, BƏƏ növbəti rekordla öz adını Ginnesin Rekordlar Kitabına yenidən həkk edib.
Bu dəfə dünyanın ən böyük qızıl medalı hazırlanıb. Medalın çəkisi 68 kq, diametri isə 1,6 metrdir. Medalın qalınlığı 7,7 santimetr təşkil edir.
Medalın üzərində “Al Fursan” milli idman komandasının adı həkk edilib.
“Dr.O Holding”-in sədr doktor Ubeydə əl-Kətbinin sözlərinə görə, medalı Ginnesin Rekordlar Kitabının tələblərinə uyğun düzəldilib – üzəri qızılla örtülmüş paslanmaz poladdan, həmçinin xarici kənarında naxışlarla (ümumi uzunluğu 4 metr).
Sözügedən rekord uğura nail olmaq üçün göstərilən səyləri, həmçinin BƏƏ sakinlərinin fiziki hazırlığının yaxşılaşdırılması və onları idmanla məşğul olmağa həvəsləndirmək üçün atılan addımları nümayiş etdirir.
Qeyd edək ki, “Al Fursan” komandası 2008-ci ildə qurulub və ilk zaman 13 idmançıdan ibarət olub. Hazırda komandanın 48 atleti BƏƏ-ni yerli və beynəlxalq yarışlarda təmsil edir.
2020-ci ildə BƏƏ Yaxın Şərq və Şimali Afrika regionunda Ginnesin Rekordlar Kitabına düşən rekord sayına görə lider ölkə olub. Ölkənin ümumilikdə 425 dünya rekordu var və onların da 34-ü 2020-ci ilə aiddir.