Az.shafaqna.com “Techcrunch”-a istinadən xəbər verir ki, Pakistanı əxlaqsız paylaşımlara görə “TikTok”-u bağlamaqla hədələyib.

Bildirilir ki, mobil tətbiqdəki məzmuna görə pakistanlılardan ölkə rəhbərliyinə çox sayda şikayət daxil olub. Bu səbəbdən də Pakistan paylaşımların qanunilik və əxlaq baxımından filtrasiya edilməsi istəyi ilə sosial şəbəkə rəhbərliyinə müraciət edib, lakin “TikTok”-dan heç bir cavab verilməyib.

Pakistan telekommunikasiya idarəsi bəyan edib ki, adıçəkilən proqrama son xəbərdarlıq edilir, əgər yerli qaydalar və ölkə qanunları pozulmağa davam etsə, proqram həmişəlik qapadılacaq.

Xatırladaq ki, daha öncə də Hindistanda Çinə məxsus 59 mobil tətbiq qapadılıb. Onlar arasında “TikTok”-da var.