Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında İraqın “Həşdi Şabi” qüvvələri ölkənin şimalında yerləşən Səlahəddin əyalətində İŞİD terrorçularının hücumunu dəf ediblər.
Yerli hərbi mənbələrin məlumatına görə, 41-ci briqada “Əsaib Əhl əl-Haqq Batalyonu” terrorçuların hücumunu Təl əd-Dəhab kəndi yaxınlığında dəf edib.
Məhv edilən və yaralanan terrorçuların sayı barədə məlumat verilməyib.
Bu məqaləni paylaş