Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Vasil Maqlaperidze “Gürcü Arzusu” partiyasında tutduğu sədr müavini vəzifəsini tərk edir.
Bu barədə onun özü bildirib.
“Hər bir halda, axmaq-axmaq versiyaların peyda olmaması üçün, mən siyasi vəzifəni sağlamlıq vəziyyətimə görə tərk edirəm”, – deyə o bildirib.
Maqlaperidze qeyd edib ki, bir müddət mən aktiv fəaliyyət göstərə bilməyəcək, “lakin mənim maraq və baxışlarım dəyişmir”.
Bu məqaləni paylaş