Gürcüstanda 147 nəfər koronavirusa yoluxub, 193 nəfər sağalıb

92
0

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 147 yoluxma halı qeydə alınıb, sağalanların sayı –  193, ölənlərin sayı 15 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə  272 998 nəfər koronavirusa yoluxub,   266886 nəfər sağalıb, 3591  nəfər isə vəfat edib.

Hazırda 257 karantin rejimində, 1421 nəfər xəstəxanada, 125 nəfər isə COVİD 19 otelindədir.