Alex Brandon/AP Photo

Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi koronavirusu “Tramp virusu” adlandırıb.

Pelosi hesab edir ki, pandemiyanın minlərlə insanın ölümü ilə nəticələnməsinin səbəbkarı Ağ Ev başçısı Donald Trampdır.

Onun fikrincə, əgər Tramp bir neçə ay öncə maska taxmaq və sosial məsafə saxlamaq çağırışı etsə idi, bu, minlərlə insanın həyatını xilas edə bilərdi.

Xatırladaq ki, Pelosinin bu sözlərindən əvvəl Tramp bildirib ki, ölkədə COVID-19 ilə bağlı vəziyyət daha da pisləşə bilər.