ÜST rəsmisi: Pandemiya 10 ay sonra bitəcək, amma…

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe “Covid-19” epidemiyasının təxminən 10 ay sonra bitəcəyini, ancaq bunun virusun yox olacağı mənasını vermədiyini bildirib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki,   Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində H.Klüqe deyib: “2021-ci ilin də “Covid-19” ili” olacağını təxmin edirəm. İndi vaxtında diaqnoz və peyvənd var, bununla belə pandemiyanın 2022-ci ilin əvvələrində bitəcəyini düşünürəm. Amma epidemiyanın ortadan qalxması virusun tam yox olması mənasını vermir. Sadəcə sərt məhdudlaşdırmalara gərək qalmayacağına ümid edirəm.

Epidemiya ilə mübarizədə bu il 3 nüansa diqqət yetirilməlidir:

  1. peyvəndetmə proqramını sürətləndirilməli,
  2. yeni mutasiyalara qarşı peyvəndlərin adaptasiya edilməli,
  3. ictimai məsafə və digər sağlıq tədbirlərinin davam etməlidir.

Epidemiya tədbirlərindən insanlar yorulub, amma səbirli olmamız lazımdır.”

Bu məqaləni paylaş