Gürcüstanda iqtidar müxalifət arasında nə baş verir?

Az.shafaqna.com xəbər verir ki, “Gürcü Arzusu” Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb.

Səsyazıda oğul İvanişvili Qaribaşvilidən facebook-da mənfi şərh yazanların cəzalandırılması istənilir.

Bundan sonra Qaribaşvilinin istefası tələb olunub.

“Açıq aydındır ki, “Milli Hərəkət” özünükündən əl çələ bilmir. Qanunsuz dinləmə, fabrikasiya, mənəvi və fiziki zoraklıq onların imzasıdır. Bu partiya “KTX”-nin hündürlüyündən, yəni mənəvi və siyasi dərinlikdən yüksələ bilmədi və heç bir zaman da yüksələ bilməyəcək. Əsas odur ki, gürcü ictimaiyyəti qara və ağı yenə də yaxşıca seçir. Layiqli baş nazir Qaribaşviliyə və layiqli ailənin layiqli övladı Bera İvanişviliyə mənim hörmətim var!”, – 1tv xəbər verir ki,  “Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze sosial şəbəkədə bu məsələyə münasibət bildirərkən deyib.

“Yalanların tirajlaşdırlması faktlarını, falsifikasiyabı, falsifikasiya edilmiş reportajları və saxtalaşdırlmış süjetləri çox görmüşük, buna görə, bu kontekstlə baxsaq Meladze və “Milli Hərəkatdan” həqiqətən təəcüblənəsi heçnə yoxdur”, – bunu isə Parlament çoxluğunun üzvü, David Matikaşvili bəyan edib.

“Avropa Gürcüstanı” partiyasının üzvü, Serqi Kapanadze isə belə deyib: “Tam məsuliyyətlə bəyan edirəm, müxalifət vaxtından əvvəl seçkilərin keçirilməsi və siyasi təqib olunanlar üzrə danışıqları sonuna qədər aparmağı planlaşdırır, “Gürcü Arzusu” bu məsələni güzəştə getməlidir əgər istəmirsə ki, böhran dərinləşsin.”

“Biz bizim mövqeyimiz bir neçə dəfə demişik, necə bir tərəf üçün, eləcə də ikinci tərəf üçün. Faktdır ki, heç bir tərəf danışıqlar istəmirdi. İndi də, bu vəziyyət inandırır ki, bu tərəfə gedirik. Müvafiq olaraq hər iki tərəf bir-birinin üzərinə atır, biz çalışacağıq ki, bir yolla vəziyyəti yumuşaldaq və danışıqlara təhlükə yaranmasın. Düşünürəm yalan-doğru ayırd olunmalıdı. Bir dəfəlik. Bununla vəziyyət yumuşalacaq. Bəzi şeyləri ayırd etməliyik, nəyi də bu vaxta qədər aramızda edə bilmədik. Bu formatda bu barədə söhbət düzgün deyil.” – bu barədə “Qirçinin” lideri, Yaqo Xviçiya bildirib.

Xviçiya deyib ki, “Qirçi” çalışacaq ki, vəziyyəti yumuşaltsın.

Hakim partiya səsyazısına münasibətdə bildirib ki,  audioyazı 2010-2011-ci illərə aid danışıqlardan ibarətdir və kobud formada hazırlanıb.

Bu məqaləni paylaş