
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, virus infeksiyalarından qoruyan çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş elektron maskanın prototipi laboratoriya rəyi alıb.
Qeyd edək ki, onu gürcüstanlı ixtiraçı David Mizandari icad edib.
Mizandari özünün “Facebook” səhifəsində yazıb ki, ixtira bütün mərhələlərdən keçib – ideyadan tutmuş, təcrübə və laboratoriya rəyinədək.
O, rəyin şəklini paylaşaraq Xəstəlik və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Məkərzin üzvlərinə öz təşəkkürünü bildirib.
“Araşdırmalar göstərdi ki, hermisid işıqlandırmalı elektron respiratorlar mikrobları öldürən xüsusiyyətlərə sahibdir və bakterial infeksiyalara qarşı istifadə edilə bilər”, – deyə rəydə qeyd edilib.
Maraqlıdır ki, maska cəmi 48 saata 3D-printer vasitəsi ilə yaradılıb. Mizandari maskanı düzəldən zaman havanın bir neçə filtrasiya və sterilləşdirilmə üsulundan istifadə edib. Nəticədə də onun maskası havanı 99,9% filtrasiya edir.
Maskanın akkumulyatoru tam dolduqdan sonra 8-12 saat işləyə bilir. Tənəffüs çatışmazlığından əziyyət çəkən insan üçün “Boor Air On” funksiyası var ki, insanın nəfəs alma ritmindən asılı olaraq lazımi hava axınını avtomatik şəkildə ötürür.
Həmçinin bu cihaz ultrabənövşəyi şüalar da saça bilir ki, bununla insan telefon, pul kisəsi və digər əşyaları sterilizasiya edə bilər. Maskanı nəm parça isə silmək olar, filtr də asanlıqda dəyişilə bilir.
Qeyd edək ki, David Mizandari ixtisasca enegetikdir, lakin o, müxtəlif sahələrdə də iş təcrübəsinə sahibdir.






























