İraqın baş naziri Mustafa əl-Kazımi katoliklərin rəhbəri Papa Fransiskin İraq görüşləri münasibətilə 6 martı Milli Tolerantlıq və Birlikdə Yaşama Günü elan edib.
Az.shafaqna.com xəbər verir ki, “twitter” hesabında M.Kazımi yazıb: “Sülh və tolerantlıq müjdəçiləri Papa Fransisk və İraq Şiələrinin dini başçısı Əli es-Sistaninin tarixi görüşü və antik Ur şəhərindəki Dinlərarası Toplantı münasibətiylə İraqda 6 Mart Milli Tolerantlıq və Birlikdə Yaşama Günü elan edildi.”
Xatırladaq ki, martın 5-də İraqa səfər edən katoliklərin dini rəhbəri Papa Fransisk ayın 6-da İraqın Dini Rəhbəri, İslam Dünyasının nüfuzlu alimi və mərcəi təqlid müctehidi Ayətullah Sistani ilə Nəcəf şəhərində bir araya gəlmişdi. Daha sonra Həzrət İbrahimin doğum yeri hesab edilən Zikar (Nasiriye) vilayətindəki Ur şəhərini ziyarət edən Papa burada müsəlman və xristian din adamları tərəfindən xoş qarşılanmışdı.