931 milyon ton yemək zibilliyə atılıb: 690 milyon insan isə ac qalıb

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə insanlar 931 milyon ton qidanı tullantı kimi atıblar. Bu, istehsal edilmiş bütün qida məhsullarının 17%-dir.

Bu barədə BMT-in Ətraf Mühit Proqramı (UNEP) və Britaniyanın ekoloji НКО WRAP-ın birgə məruzəsində məlumat verilib.

Əgər atılan bütün yeməkləri bir-birilərinə yapışıq halda park edilmiş 40 tonluq yük maşınlarına yükləsələr, yük maşınlarından ibarət bu “zəncir” 7 dəfə Yer kürəsini dövrə vura bilərdi.

Üstəlik, BMT-in məlumatına görə, ötən il dünya əhalisinin təxminən 690 milyon nəfəri aclıqdan əziyyət çəkib.

Qeyd edilir ki, ərzaq tullantının 60%-dən çoxu ev təsərrüfatlarının, 26%-i yeməkxana tipli məkanların və 13%-i isə ticarət mərkəzlərinin payına düşür.

Sənədin müəllifləri bildirirlər ki, əvvəllər qida itkilərinin miqyası “istehlakçı səviyyəsində” lazımi şəkildə qiymətləndirilmirdi. Belə ki, adambaşına düşən hər 121 kq-lıq qida tullantısının 74 kq-ı evlərin payına düşür.

Ərzaq tullantıları ətraf mühit üçün daha da ciddi problemə çevrilməkdədir. Ekspetlərin qiymətləndirmələrinə əsasən, istixana qazlarının təxminən 8-10%-i atılan yeməklərlə əlaqədardır. UNEP-in icraçı direktoru İnger Andersen qeyd edib ki, əgər yeyilməyən ərzaqlar bir dövlət olsa idi, o, istixana qazları tullantısı göstəricisinə görə ABŞ və Çindən sonra 3-cü olardı.

Əgər biz iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itkisi, ətraf mühitin çirklənməsi və tullantılar ilə ciddi mübarizə aparmaq istəyiriksə, o zaman dünyanın hər bir yerindəki müəssisələr, hökumətlər və insanlar ərzaq tullantılarının azaldılmasına öz töhfəsini verməlidirlər”, – deyə Andersen əlavə edib.

Bu məqaləni paylaş