
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularına “WhatsApp”-da qruplara üzv olmaq qadağan edilib. Səbəb isə proqramın təhlükəsizlik baxımından zəif olma ehtimalıdır.
Hindistan Müdafiə Nazirliyindən bildiriblər ki, “qərar CERT-in (kompüterlərlə bağlı fövqəladə vəziyyətlərə reaksiya qrupunun) təhlükəsizliyə qarşı təhdidlərin olması və proqramın zəifliyinə dair məsləhətlərin əsasında qəbul edilib”.
Xatırladaq ki, daha öncə hindistanlı zabit və əsgərlərə öz telefonlarından 89 mobil tətbiqi silmək əmri verilib. Həmin proqramlar arasında “Facebook, “Instagram”, “Tinder”, “TikTok” da var.






























