AFP

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, HƏMAS ABŞ-ın Fələstindəki vəziyyətin pisləşməsinin təqsirini fələstinlilərin üzərinə atma cəhdini pisləyib.

Hərəkatın mətbuat kabiti Hazim Qasım ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Yaxın Şərqlə bağlı fikirlərini “faktların təhrifi” və “siyasi ələ salma” adlandırıb.

ABŞ əli Fələstin xalqının qanına batmış İsrailin ləkələnmiş adını yaxşılaşdırmağa çalışır. Vaşinqton bununla Qəzza sektorunun uzun illərdir davam edən mühasirəsinə bəraət qazandırmaq istəyir”, – deyə o bildirib.

İsrail rejiminin işğal siyasətini dəstəkləməklə Ağ Ev Fələstinə qarşı təcavüzdə əlbir olur.

Qəzzanın mühasirəsi beynəlxalq insan hüquqları ilə ziddiyət təşkil edir”, – deyə Hazim Qasım qeyd edib və əlavə edib ki, Qəzzadakı bərbad vəziyyətin bütün məsuliyyəti İsrail rejiminin üzərindədir.