Gürcüstan daxili işlər naziri parlamentdə çıxış edir

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri parlamentin plenar iclasında “nazir saatı” çərçivəsində çıxış edir.

“Pandemiyanın səbəb olduğu çətinliklərə baxmayaraq, nazirlik ictimai nizamın və təhlükəsizliyin təminatı üzrə effektiv şəkildə işləməyə davam edir”, – deyə o bildirib.

Nazir həmçinin ölkədəki kriminogen vəziyyət barədə də danışıb və qeyd edib ki, hüquq-mühafizə orqanlarının səyləri nəticəsində 2020-ci ildə, 2019-cu illə müqayisədə, qeydə alınan cinayətkarlığın sayı 12 faiz azalıb.

“Qətl qəsdləri, qarət, quldurluq, zorakılıq, oğurluq, o cümlədən də mənzil oğurluğu kimi cinayətlərin sayı azalıb. Kibercinayətkarlıq artıb ki, bu da qlobal bir problemdir və internet resurslarının daha geniş istifadəsindən asılıdır. Həmçinin məişət zorakılığını faktları ilə bağlı polisə edilən müraciətlərin sayı da artıb”, – deyə nazir bildirib.

 

Bu məqaləni paylaş