Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər verir ki, Kataloniyanın (İspaniya) dövlət məktəblərində İslamın əsaslarının tədrisi layihəsi start götürüb.
Pilot proqram Kataloniyanın təhsil departamentinin təşəbbüsü ilə 6 təhsil müəssisəsində həyata keçirilir.
Təhsil departamenti rəsmiləri bu təcrübəni müsbət adlandırıblar və qeyd ediblər ki, bu, İslamla bağlı bəzi mənfi və qərəzli yanlış düşüncələri aradan qaldırmağa kömək edib. Ola bilsin ki, gələn il layihəyə İspaniya cəmiyyətinin digər məktəbləri də qoşuldu.
Kataloniyanın müsəlman icması övladlarının məktəblərdə tədris edilən katolisizm dərsləri ilə yanaşı İslam dərsi almaq hüquqlarının olması xahişi ilə dəfələrlə müraciət edib.
Kataloniya təhsil departamentinin başçısı Mayte Aymeriç bildirib ki, tədris prosesinə fərqli dinlərin öyrənilməski proqramının daxil edilməsi təhsili daha hərtərəfli edir.
“Əgər təhsil inklüziv və hərtərəfli olmalıdırsa, digər dini konfessiyaların mövcudluğunu da diqqətə almaq lazımdır”, – deyə o qeyd edib.