Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 390 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 172, ölənlərin sayı 10 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 272262 nəfər koronavirusa yoluxub, 266253 nəfər sağalıb, 3563 nəfər isə vəfat edib.
Hazırda 300 karantin rejimində, 1379 nəfər xəstəxanada, 154 nəfər isə COVİD 19 otelindədir.
Bu məqaləni paylaş