Cənubi Koreyadan Gürcüstana növbəti humanitar yardım

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində Gürcüstan Cənubi Koreyadan humanitar yardım qismində 150 min dollar dəyərində tibbi avadanlıq alıb.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat verib.

Bu, Cənubi Koreyanın pandemiya ilə mübarizə çərçivəsində Gürcüstana etdiyi ilk humanitar yardım deyil.

Gürcüstan Səhiyyə Nazirliyinin bu dəfə aldığı tibbi avadanlıqlar arassında 76 ədəd infuzion nasos və 48 ədəd elektrokardioqraf var.

Bütün bu avadanlıqlar reanimasiya şöbələrinin xəstələri, o cümlədən də koronavirus səbəbi ilə vəziyyətləri ağırlaşan pasiyentlər üçündür.

Gürcüstan Səhiyyə Nazirliyinin rəsmiləri Cənubi Koreya səfiri Daes Çunqla Tbilisi Respublika Xəstəxanasına birlikdə həmin tibbi avadanlıqları gözdən keçiriblər.

Nazirlik tibb müəssisələrinin ən yeni avadanlıqlarla təchiz edilməsinin pandemiya ilə effektiv mübarizədə nə qədər əhəmiyyətli olduğunu qeyd edib.

Bu məqaləni paylaş