Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində şəhid olanların sayı artdı, biri generaldır

Yenilənən xəbər: Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Bingöldən havaya qalxan hərbi vertolyot qəzasında şəhid olanların sayı 10-a çatıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Türkiyə MMN-nin twitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, “Sözcü” qəzetinin yazdığına görə, Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş da şəhid olub.


Az.shafaqna.com xəbər verir ki, Türkiyə MMN-nin twitter səhifəsinin yaydığı məlumatda bildirilib ki, Bingöl şəhərindən qalxan “Cougar” tipli vertolyot ilə əlaqə yerli vaxtla saat 14:25-də kəsilib.

“Aparılan axtarış-xilasetmə fəaliyyətlərində meteoroloji səbəblərdən qəzaya düşən vertolyotda 9 hərbiçi şəhid olub, 4 əsgər isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.”, -deyə məlumatda qeyd edilib.

 

Bu məqaləni paylaş